Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Baş Prokurorluq Əvəz Zeynallı və vəkilinin həbsi ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Baxılıb: 368     Tarix: 12-09-2022 12:31   

Mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, istintaqla vəzifəli şəxs olan "Xural Yayınları" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun "Baku Steel Company" şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, istintaq olunan cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması qadağandır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.
11:01
Sentyabrın 10-da saxlanılan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aparılıblar.
Bu barədə haqqin.az-a Elçin Sadıqovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.
B.Hacıyev qeyd edir ki, Ə.Zeynallı və E.Sadıqov Baş Prokurorluq tərəfindən saxlanılsalar da, məhkəmədən sonra onlar birbaşa DTX-nin İstintaq Təcridxanasına aparılıblar.
Xatırladaq ki, Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqov barəsində isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsi ilə cinayət işi başlanıb. Onlar "Baku Steel Company" poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunurlar.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar