Xəbər lenti
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ağdaşda narkotik və oğurluğa görə 4 nəfər tutuldu - Foto

Baxılıb: 668     Tarix: 20-09-2022 09:58   

 Ağdaşda fərdi yaşayış evindən oğurluq edən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 4 nəfər tutulub.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 1 000 manata yaxın olan otbiçən alətin, hava kompressorunun, avtomobilə aid detalın və digər avadanlıqlarının oğurlanması ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də məhkum olunmuş Müzəffər Qədirov tutulub. O, əməlini etiraf edib və oğurladıqlarını dəyərindən dəfələrlə aşağı qiymətə satdığını bildirib.
Digər əməliyyatlar nəticəsində isə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər - Nazir Məlikov, Elşən Babayev və Hakim Quluyev saxlanılıb. Onlardan heroin və metamfetamin aşkar edilərək götürülüb. İstintaq zamanı E.Babayevin üzərində daşıdığı heroini 30 manat müqabilində N.Məlikovdan aldığı müəyyən edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.


 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar