Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Həbsdəki atasına narkotik keçirmək istəyərkən yaxalandı

Baxılıb: 827     Tarix: 11-10-2022 15:21   

Bakıda həbsdə olan atasına narkotik maddə keçirmək istəyən qadın yaxalanıb.
Bu barədə Qanunvehedef.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki,  Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rövşən Arif oğlu Qasımovun yanına görüşə gəlmiş qızı Abşeron rayon sakini Cahan Rövşən qızı Qasımova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı şalvarın yan cibində gizlədilmiş şəffaf sellofan bükülüdə ümumi çəkisi 0,137 qram psixotrop maddə - metamfetamin aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.



{sape_links}{sape_article}