Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Körpənin ölümünə səbəb olan ginekoloqa cinayət işi açıldı

Baxılıb: 727     Tarix: 13-10-2022 12:01   

Şirvanda ginekoloq səhlənkarlığına görə yeni doğulan körpə ölüb.
Şəhər prokurorluğundan Qanunvehedef.az-a verilən məlumata görə, rayon sakini Elnurə Binyətovanın 8 avqust 2022-ci ilddə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası”nın Ginekologiya və doğum şöbəsində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin xəstəxanada mama-ginekoloq işləyən Fərqanə Qədirova doğuş prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə doğuşun təbii yolla yekunlaşdırılmasını qüsurla başa çatdırması nəticəsində yeni doğulmuş uşaq ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Fərqanə Qədirova təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.



{sape_links}{sape_article}