Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakıda dəhşət: "WhatsApp" "status"una görə qardaş bacısını bıçaqladı

Baxılıb: 741     Tarix: 18-10-2022 11:07   

Bakının Sabunçu rayonunda qardaş bacısını bıçaqlayıb.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, hadisə Komsomol dairəsi kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, Asəf Əsədullayev küçəsində 1986-ci il təvəllüdlü Əhmədova Şəhanə Mərdan qızı həyat yoldaşı ilə birgə evə gələrkən qardaşı onları qarşılayıb.
Ş.Əhmədovanın qardaşı bıçaqla onun kürəyinə iki bıçaq zərbəsi vurub.
Əri mübahisənin qarşısını almaq istəyərkən Ş.Əhmədovanın qardaşı bildirib ki, o "WhatsApp"ın hekayə bölməsində paylaşım etdiyinə görə bu əməli törədib.
Qadın 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hələlik statusunun nədən ibarət olduğu bilinmir.
Faktla bağlı araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar