Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycanlı kriminal avtoritet İstanbulda necə öldürüldü?

Baxılıb: 578     Tarix: 28-10-2022 09:58   

İstanbulda azərbaycanlı kriminal avtoritet, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımovun qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Qanunvehedef.az xəbər verir ki, hadisə İstanbulun Ataşəhər adlanan hissəsində baş verib. Belə ki, oktyabrın 25-də Ataşəhərə qardaşı oğlu ilə birgə gələn Şərur rayon sakini Elnur Qasımov oradakı binaya daxil olub. Bu zaman onlara yaxınlaşan avtomobildən atəş açılıb. Bir neçə dəfə atəş açan naməlum şəxs və ya şəxslər daha sonra avtomobillə oradan uzaqlaşıblar.
Ağır xəsarət alan E.Qasımov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, “Qardaşoğlu” ləqəbli avtoritet Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar