Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Badamdarda narkotik satışı ilə məşğul olan 4 nəfər saxlanılıb

Baxılıb: 700     Tarix: 28-10-2022 13:16   

Sabail rayonu Badamdar qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən Badamdar qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Tədbir zamanı narkotik maddələrin satışını həyata keçirən 4 nəfər – Aqil Əliyev, Səkinə Məmmədova, Rza Əliyev və Yasin Fərmanoğlu tutulublar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotikləri Səbail rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Səbail rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, oktyabr ayı ərazində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 20 nəfər tutularaq istintaqa təqdim edilib.



Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking