Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bakıda mopedlə narkokuryerlik edən şəxs tutuldu

Baxılıb: 845     Tarix: 02-11-2022 13:37   

Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin həyata keçirdiyi əməliyyat nəticəsində paytaxta qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb.
Qanunvehedef.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Amil Sərhədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Yasamal rayonundakı evinə baxış zamanı ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə aşkar olunaraq götürülüb. Amil Sərhədov ifadəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil etdiyini bildirib. O, əvvəlcədən təyin edilən ünvanlara narkotikləri çatdırmaq və ətrafdakı insanların diqqətini cəlb etməmək üçün kuryer görüntüsü yaradaraq mopeddən istifadə edirmiş.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Amil Sərhədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar