Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şantaj olunduğu üçün intihar etmək istəyən qadın xilas edildi

Baxılıb: 596     Tarix: 09-12-2022 10:31   

Gəncədə 32 yaşlı qadın özünü öldürmək məqsədilə Gəncə çayı üzərindəki körpüyə çıxıb.
Qanunvehedef.az-ın məlumatına görə, 1990-cı il təvəllüdlü şəhər sakini T.Abdullayeva körpüdən özünü atmaq istəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, ərazidə xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dərhal xanımın intihar cəhdinin qarşını alıblar: "Onunla profilaktiki söhbətlər aparılıb və fikrindən vaz keçirilib. İlkin araşdırmalar zamanı xanım yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib. Hazırda şəhər prokurorluğunda araşdırma aparılır".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar