Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qanunsuz ov edənlər cəzalandırıldı

Baxılıb: 562     Tarix: 21-12-2022 11:25   

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz və Astara rayonları akvatoriyasında, Mingəçevir su anbarında, Nizami kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakinləri Altay Qubatov, Qalib Cəbrayılov, Rövşən Museyibov, Səxavət Əskərov, İkram Həsənov, Siyəzən rayon sakinləri Hikmət Ağayev və Asif Mirzəyev, Mingəçevir şəhər sakini Seymur Yusubov, Astara rayon sakinləri Zülfü Süleymanov və Coşqun Dadaşov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Biləsuvar rayon sakini Həsən Həsənli, Sabirabad rayon sakinləri Müşfiq Əliyev və Elvin Əliyev saxlanılıb.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Qanunvehedef.azшаблоны для dle 11.2



https://mostbet-giris-az1.com/ . Buy yes2win blackhat skill google seo ranking