Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıdan Avropaya narkotik göndərmək istəyirdi, tutuldu - Foto

Baxılıb: 674     Tarix: 11-01-2023 13:02   

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Yardımlı rayon sakini Vüsal Vəliyev saxlanılıb.anunvehedef. Qanunvehedef.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, V.Vəliyevin əyləşdiyi avtomobidən ümumilikdə 24 kiloqram, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək və 6  kiloqram marixuana aşkar olunub. İlkin sorğu zamanı o, narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Nehmət” adlı İran vətəndaşından əldə etdiyini bildirib.
Müəyyən edilib ki, saxlanılan şəxs yaşadığı Yardımlı rayonunun Mirimli kəndinin mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək külli miqdarda narkotiki qaçaqmalçılıq yolu ilə əldə edib. Onun əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışı təşkil etməklə bərabər şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə Avropa ölkələrinə göndərmək olub.
Faktla bağlı cinayət işi başlanılıb, Vüsal Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

шаблоны для dle 11.2



Ən çox oxunanlar