Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

DSX əməliyyat keçirdi, tutulan var - Foto

Baxılıb: 599     Tarix: 16-01-2023 14:12   

Dövlət Sərhədi Xidməti külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısını alıb.
Qanunvehedef.az DSX-nin Mətbuat mərkəzinə istinadən xəbər verir ki, yanvarın 15-i saat 21:15-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Sərhəd pozucularına qarşı qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edən sərhəd pozucuları geriyə - İİR istiqamətinə qaçıblar.
Sərhəd zastavasının xidməti ərazisi qapadılıb, texniki videomüşahidə kameraları və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı vasitəsilə 1 sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılan şəxsin 1997-ci il təvəllüdlü İİR vətəndaşı Rezai Murtuza Məcid oğlu olması və İrandan Azərbaycana narkotik vasitə keçirmək məqsədilə gəldikləri müəyyən edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada ümumi çəkisi 24 kiloqram 285 qram narkotik vasitə (marixuana) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

шаблоны для dle 11.2