Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanda iş adamı öz adını verdiyi şadlıq evində öldü

Baxılıb: 333     Tarix: 18-01-2023 12:38   

Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Qızılqaya qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayında oranın müdiri, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Münasib Məmmədov biznes fəaliyyətinə Rusiyada başlayıb və bu ölkənin vətəndaşı olub. O, daha sonra biznesini Azərbaycanda davam etdirib və  şadlıq sarayı tikdirərək ona öz adını verib. Elə həmin şadlıq evində də dünyasını dəyişib. 
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar