Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Gözəllik salonundan 12 kq narkotik çıxdı - Fotolar

Baxılıb: 769     Tarix: 03-02-2023 13:17   

Lənkəranda gözəllik salonunda 12 kiloqrama yaxın narkotik və saxta pullar aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Lənkəran Şəhər RPŞ əməkdaşları tərəfindən şübhəli şəxs qismində Lənkəran sakinləri İsmayıl Hüseynli və tanışı İlahə Məmmədova saxlanılarkən onlardan ümumilikdə 12 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 9 kiloqram 224 qram heroin, 2 kiloqram 330 qram metamfetamin və saxta 2300 dollar aşkarlanıb.
Məlum olub ki, həmin şəxslər narkotik vasitəni və saxta əsginasları şəxsiyyəti istintaqla araşdırılan “Əfşin” adlı İran vətəndaşından satışını təşkil etmək məqsədi ilə əldə ediblər. Daha sonra İ.Məmmədova həmin narkotik vasitə və saxta əsginasları özünün işlətdiyi, Lənkəran şəhəri ərazisində yerləşən gözəllik salonunda gizlədib.
Ümumilikdə Lənkəran ŞRPŞ tərəfindən yanvarda 29 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar