Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Papanin” və “Kubinka”da növbəti əməliyyat - 13 nəfər tutuldu

Baxılıb: 744     Tarix: 08-02-2023 16:26   

Nəsimi RPİ tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib.
Qanunvehedef.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib,  əməliyyat-istintaq tədbirləri davam etdirilir.





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar