Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

FHN xilasetmə görüntüləri yaydı - Video

Baxılıb: 622     Tarix: 02-05-2023 11:35   

FHN-nin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yol qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Qanunvehedef.az nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Müəyyən olunub ki, 1982-ci il təvəllüdlü Məmmədov Rəhman Məcid oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib.
Bundan əlavə, yol-nəqliyyat qəzası zamanı xəsarət alan sərnişinə xilasedicilər tərəfindən ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar