Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verildi

Baxılıb: 442     Tarix: 07-06-2023 11:27   

Salyan rayonunda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib.
Bu barədə Qanunvehedef.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Şirvan regional qrupundan bildirilib.
Qeyd edilib ki, iyunun 6-da rayonun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını deyib.
"Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək Rayon Polis Şöbəsinə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir", - DİN-in açıqlamasında deyilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar