Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Vəzifəli şəxs gömrükdə müsadirə edilən dərmanları ələ keçirirmiş

Baxılıb: 722     Tarix: 13-06-2023 12:40   

Gömrük baxışı zamanı müsadirə edilmiş əmlakları ələ keçirən şəxs məsuliyyətə cəlb edilib.
Qanunvehedef.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, komitənin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğa daxil olmuş materiallar üzrə araşdırma aparılan zaman “Capitals Auction” MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri ifşa edilib.
Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Anar Cəlilovun qeyd olunan MMC-nin direktoru vəzifəsində işləyərkən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəsmi məktubu əsasında təhvil aldığı 30 min manat dəyərində müsadirə edilmiş dərman preparatlarının guya vətəndaş tərəfindən hərracda daha aşağı qiymətə alınmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Anar Cəlilova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar