Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ukraynada adam öldürən Azərbaycan çempionuna hökm oxundu

Baxılıb: 769     Tarix: 06-07-2023 11:39   

Ukraynada qətl törətməkdə təqsirləndirilən idmançı Yasin Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Qanunvehedef.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən Y.Həsənov 12 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Y.Həsənov Azərbaycanın cüdo, sambo və pankration döyüşləri üzrə yığma komandalarının üzvü olub. O, dəfələrlə Azərbaycan çempionu, Cüdo üzrə Dünya Kubokunun, sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı olub.
O, 2013-cü ildə Kiyev şəhərində tanışı Davud Ağayevi güllələyib. 5 il beynəlxalq axtarışda olan Y.Həsənov 2018-ci ildə tutularaq Azərbaycana ekstradisiya edilib.

Əbdülqəni Hüseynov



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar