Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanlı kriminal avtoritet Amerikaya təhvil veriləcək

Baxılıb: 828     Tarix: 18-07-2023 12:11   

Çexiyanın ədliyyə naziri Pavel Blajek Gürcüstan vətəndaşı olan azərbaycanlı kriminal avtoritet Polad Ömərovun ABŞ-yə ekstradisiya edilməsi haqqında əmr imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə TASS Çexiyanın “Pravo” qəzetinə istinadən yazır.
 Ömərov yaxın günlərdə ekstradisiya olunmalıdır.
Qeyd edək ki, o bu ilin yanvarında Çexiyada beynəlxalq order əsasında tutulub və həmin vaxtdan həbsdədir.
P.Ömərovun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəsi müəyyənləşən üç kriminal avtoriteti ABŞ-də yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib.
Çex mediası P. Ömərovun Rusiya və Ukraynadakı Azərbaycan icmalarını terrora məruz qoyan cinayətkar dəstənin lideri olduğunu iddia edirdi.
Gürcüstan və Qazaxıstan da onun ekstradisiyasını tələb edirdilər. May ayında Praqadakı Şəhər Məhkəməsi P. Ömərovun ABŞ-yə verilə biləcəyinə qərar verdi.


Cehun Suleimanov



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar