Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xaçmazda kişi həmyerlisini güllələdi

Baxılıb: 651     Tarix: 29-08-2023 11:23   

Xaçmazda tüfənglə həmyerlisinə xəsarət yetirən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, avqustun 29-da səhər saat 8 radələrində Xaçmaz sakini Seyidağa Əhmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
İlkin araşdırma zamanı adıçəkilən şəxsə rayon sakini Raqif Manafov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. R.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar