Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Polisə xəsarət yetirmək istəyən narkokuryer tutuldu

Baxılıb: 377     Tarix: 11-09-2023 11:56   

 Lənkəranda polisə müqavimət göstərən narkokuryerlər saxlanılıb.
Qanunvehedef.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəranda keçirdiyi əməliyyatla qanunsuz dövriyyədən 14 kq-dan artıq narkotik vasitə çıxarılıb. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər – 2002-ci il təvəllüdlü Süleymanov Vüqar İlqar oğlu və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə (332.2.1, 332.2.3 152.1) məhkum olunan, 1998-ci il təvəllüdlü Ömərov Əhməd Kamran oğlunun üzərindən 1 kq-dan artıq heroin, 13 kq 300 qram qurudulmuş marixuana və 1 ədəd kəsici alət aşkarlanıb.
Onlardan biri saxlanılan zaman polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərib və bu yolla hadisə yerindən yayınmağa çalışıb. Bu cəhdin də qarşısı polis əməkdaşları tərəfindən alınaraq onların saxlanılması təmin edilib.
Araşdırmalarla V.Süleymanov və Ə.Ömərovun narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı "əmi" adı ilə tanıdıqları şəxsin vasitəsilə Lənkəran şəhərindən paytaxta ayrı-ayrı şəxslərə çatdırılıb qanunsuz dövriyyəyə buraxılması məqsədilə əldə etdikləri müəyyən edilib.
Fakt üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər