Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Saakaşvilidən şok: İran təyyarə haqda bu faktı gizlədir

Baxılıb: 605     Tarix: 10-01-2020 12:30   

İranın Ukrayna təyyarəsi ilə bağlı məsələyə münasibəti çox iyrəncdir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
“Əvvəlcə onlar dedilər ki, qara qutu zərər görüb və ona görə də bunu tam açmaq mümkün deyil. Bu, artıq həqiqətin gizlədilməsi kimi görünür. Bununla belə onlar bəyan ediblər ki, təyyarə Tehran hava limanına dönməyə cəhd edib, dispetçerlə əlaqəyə girməyib. Əgər pilot dispetçerlə əlaqəyə çıxmayıbsa, bəs onlar təyyarənin geri döndüyünü necə öyrəniblər?
Mən həvaskar pilotam, “Cessna” təyyarələrindən istifadə etmişəm və üstəlik, bütün sərnişin təyyarələrindən istifadə edirəm. Mən mülki aviasiya haqqında çox bilirəm. Bundan başı çıxan istənilən adam bilir ki, əgər təyyarənin mühərriki yanırsa, pilotun ilk işi bu barədə dispetçerə məlumat verməkdir. Təyyarə hava limanına qayıdırsa, pilotun ilk işi dispetçeri məlumatlandırmaqdır. O, xəbər vermədən geri dönə bilməz. Yəni iranlılar aşkar şəkildə yalan danışırlar.
Ukrayna gərək sona qədər öz haqqını müdafiə etsin. Ən azından bu mövzunu gündəmə gətirərək, İran hakimiyyətini bu faciəvi səhvinə görə cavab verməyə məcbur etmək lazımdır”, - o bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar