Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Makrondan İsrail polisinə: Çıx çölə! - Video

Baxılıb: 734     Tarix: 23-01-2020 11:41   

İsraildə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Qüdsdə Müqəddəs Anna Kilsəsinə ziyarəti zamanı polislə mübahisə edib.
Qanunvehedef.az Türkiyə mediasına istinadən xəbər verir ki, kilsənin girişində polisin dayanması fransalı liderin xoşuna gəlməyib.
Makron polisə xitabən, "Qarşımda etdiyin hərəkət xoşuma gəlmədi. Çölə çıx! Yüzillərdir ki, qüvvədə olan qanunları mənim üçün dəyişdirməyəcəklər”, - deyə bildirib.
İsrailin mediasının məlumatına görə, polis əməkdaşlarının dövlət başçısı ilə birgə kilsəyə daxil olmaq istəməsi Makronu hiddətləndirib və məhz bu səbəbdən mübahisə yaşanıb.
Qeyd edək ki, Müqəddəs Anna Kilsəsi hazırda Fransa hökumətinə məxsus tarixi abidələrdən sayılır.
Analoji hadisə Fransa Prezidenti Jak Şirakın 1996-cı ildə Qüdsə səfəri zamanı da yaşanıb.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar