Xəbər lenti
02/09/2026 [10:12]
Neft kəskin bahalaşdı
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Fəal olsaq, qarşısını alarıq - Paşayevadan çağırış

Baxılıb: 802     Tarix: 17-03-2020 14:34   

Koronavirusla bağlı panikaya yol vermək olmaz. Bununla yanaşı təhlükəni isə ciddi qəbul etmək lazımdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“İtaliyada insanların koronavirus təhlükəsini ciddi qəbul etməmələri ölkədə bu virusun sürətli yayılmasına səbəb oldu. Ona görə də insanlarımız bu virusa ciddi yanaşmalıdır. Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi təlimatların həyata keçirilməsində fəal olmalıyıq. Əgər fəal olarıqsa, biz bu virusun qarşısını tez bir zamanda almış olarıq”, - deputat bildirib.
Q.Paşayeva bu məsələdə mətbuatın rolunu yüksək qiymətləndirib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar