Xəbər lenti
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Sahibə Qafarova islahatlardan danışdı

Baxılıb: 1 608     Tarix: 15-06-2020 11:02   

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar uğurlu siyasi islahatlarla tamamlanır.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, həm konseptual, həm də struktur xarakteri daşıyan bu islahatlar dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədlərinə xidmət edir: “Eyni zamanda Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir”.
Milli Məclisin sədri vurğulayıb ki, insanların sosial müdafiəsinin gücləndirilməsi də daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub.
S.Qafarovanın sözlərinə görə, 2003-2019-cu illər ərzində ölkədə təxminən 2 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizədək aşağı endirilib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir: “İşsizliyin aşağı səviyyədə olması həmçinin respublikamızda yoxsulluğun 49 faizdən 5,4 faizə enməsini şərtləndirib. Bu dövrdə cəmiyyətin bütün təbəqələrindən olan insanların, xüsusilə də həssas qrupların rifahına xidmət edən islahatlar ardıcıllıqla davam etdirilib. Təkcə ötən il iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində 100-dən çox fərman və sərəncam imzalanıb, 4,2 milyon vətəndaşı əhatə edən sosial paket həyata keçirilib. Bütün bu faktlar bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayandığını təsdiq edir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar