Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Döyüşdə general ölümü... – Kuznetsovun şərhi

Baxılıb: 917     Tarix: 15-07-2020 12:13   

Yüksək rütbəli zabitlərin və onlarla birlikdə bir neçə əsgərin döyüşün üçüncü günündə ölümü Azərbaycan Ordusu üçün ciddi itkidir, lakin bərpa edilməz itki deyil. İnsan paqonları, özü də zabit paqonları taxdığı zaman əmr olunduğu yerdə yaşayacağını və əmr edildikdə öləcəyini anlayır. Bu, onun işidir və həyat yolu seçimidir. Buna görə də bu vəziyyətdə ümidsizliyə və hirsli sözlərə yer yoxdur, ancaq qürur hissi və xatirə üçün yer var.
Bu sözləri Rusiyanın məşhur tarixçisi, professor Oleq Kuznetsov ötən gün Tovuz istiqamətində təxribatın qarşısını alarkən qəhrəmanlıqla şəhid olan yüksək rütbəli zabit və əsgərlərimiz haqda danışarkən deyib.
Onun sözlərinə görə, hərbi orqanizm elə təşkil olunub ki, bir itki baş verirsə, onun yerinə dərhal iki və daha çox hərbçi və ya general gəlir:
“Dünya qəhrəmanları doğmur, onları müharibə doğur. Buna görə də ilk ciddi itkidən sonra panikaya və depresiyaya düşmək lazım deyil, bu şərtlərdə qələbə iradəsini qorumaq xalqın vətəndaş yetkinliyinin ən yaxşı sübutu olacaqdır. Bir əcnəbi olaraq, indi heç bir tövsiyə verməməliyəm; həmişə demişəm ki, müharibə və sülh məsələsi suveren bir məsələdir. Mənim rəğbətim həmişə olduğu kimi, bu gün də Azərbaycan xalqının və onun Azərbaycana tezliklə minimal itkilərlə qələbə gətirməsini arzuladığım Silahlı Qüvvələrinədir. Lakin bu qələbəni əldə etmək üçün kifayət qədər güc, imkan və qurban tələb olunur ki, bunlara hazır olmaq gərəkdir”, – deyə politoloq bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar