Xəbər lenti
28/07/2026 [12:55]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Türkiyə bütün hallarda Azərbaycanın yanındadır" - Səfir

Baxılıb: 1 219     Tarix: 15-07-2020 13:13   

"İyulun 15-də FETÖ terror təşkilatı və onun başçısı Fətullah Gülən tərəfindən çevriliş cəhdi həyata keçirilərkən xalq dövlət başçısının çağırışına cavab verib küçələrə çıxdı və vətənini xilas etdi".
“Report” xəbər verir ki, bunu 15 iyul hadisələrinin 4-cü ildönümünə həsr olunmuş videokonfransda Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral bildirib.
Dövlət çevrilişi cəhdinin 251 vətəndaşın həyatı bahasına gəldiyini qeyd edən səfir terrorçu təşkilata qarşı mübarizədə Azərbaycanın da daim yanlarında olduğunu deyib:
“Azərbaycan Prezidenti İlham Əliyev hamıdan əvvəl dövlət başçımız Rəcəb Tayyib Ərdioğanla əlaqə saxlayaraq dəstəyini ifadə etmişdi. Biz bütün təhlükələr və problemlərə qarşı həmişə Azərbaycanla bir yerdə olmuşuq və bütün hallarda Azərbaycanın yanında olduğumuzu bir daha bildiririk”.
Səfirin daxili siyasət məsələlərinə dair müşaviri Mehmet Tomuk da FETÖ təşkilatının müxtəlif dərsxanalar vasitəsilə həm Türkiyədə, həm də xarici ölkələrdə nüfuzunu genişləndirməyə çalışdığını bildirib: “Onlar öz üzvlərini hazırlayaraq bütün dövlət qurumlarına soxulmağa çağırıb və beləcə hakimiyyəti ələ keçiriblər. Bu təşkilat əsl niyyətlərini daim gizli saxlayıb”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar