Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu gün Azərbaycan dili və əlifbası günüdür

Baxılıb: 1 482     Tarix: 01-08-2020 11:49   

Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
Kult.az xəbər verir ki, Azərbaycan dili azərbaycanlıların danışdığı türk dillərindən biridir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir, qıpçaq dilləri arealına xas xüsusiyyətlərə malikdir.
Dünyada 50 milyondan çox adam bu dildə danışır. Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır.
XX əsrdə Azərbaycanın yazı dili dörd dəfə dəyişdirilib. 1990-cı ildə Azərbaycanda latın qrafikalı yazıya keçmək təşəbbüsləri baş qaldırıb. 1 avqust 1990-cı ildə yaradılan Əlifba Komissiyası latın qrafikası əsasında Azərbaycanın müasir əlifbasını formalaşdırıb. 1992-ci ildə bu əlifba rəsmən qəbul edilib.
Ümummilli lider Heydər Əliyevin fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar