Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əli Həsənov burada özünə bina tikdirib? - Açıqlama

Baxılıb: 1 109     Tarix: 01-09-2020 13:54   

O vaxt nəşriyyatın ərazisindən Əli Həsənova yer verilib. Əli Həsənov həmin ərazidə mətbuat evi tikdirib.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy ƏsgərovPrezidentin sabiq köməkçisi Əli Həsənovun 2006-2007-cı illərdə Nəşriyyatın ərazisini zəbt edərək özünə bina tikdirməsi haqda danışarkən deyib. O, Əli Həsənovun “Azərbaycan” Nəşriyyatının ərazisinin bir hissəsini zəbt etdiyini təsdiqləyib:
“Onu Əli Həsənova mən verməmişəm, dövlət tərəfindən verilib. Axı mən kiməm ki, Əli Həsənova ərazi verim? Ora mənim dədəmin, babamın yeri deyil. Bu məsələnin mənə heç bir bağlılığı yoxdur”.
Ağabəy Əsgərov AMEA prezidenti Ramiz Mehdiyevin adamı olması barədə ittihamlara da cavab verib:
“Mən dövlətçiliyə, Ulu öndər Heydər Əliyevə və cənab Prezident İlham Əliyevə xidmət etmişəm. Bu gün də onlara xidmət edirəm”.
Qeyd edək ki, mətbuatda Əli Həsənovun Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində çalışan zaman “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovdan ərazi alması və sözügedən ərazidə bir neçə bina inşa etdirməsi haqda məlumat yayılıb. Onlardan biri isə indiki Beynəlxalq Mətbuat Mərkəzi adlanan binadır.шаблоны для dle 11.2