Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Respondentlərin 90,8%-i Prezident İlham Əliyevə tam etibar edir" - STM

Baxılıb: 1 175     Tarix: 02-09-2020 12:12   

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı çap edilib.
“Report” xəbər verir ki, hesabat 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir.
Vətəndaşların Prezidentə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədi ilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respondentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib.
Prezidentə “tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90,8%) təşkil edib.
Bundan əlavə, respondentlərin mütləq əksəriyyəti tərəfindən ölkə başçısının ordu quruculuğu və Silahlı Qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahəsindəki fəaliyyəti yükəsk qiymətləndirilib.
Ümumilikdə isə respondentlərin mütləq əksəriyyəti (92,8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır.
Respondentlərin 95,2%-i Prezident tərəfindən icra başçılarının vəzifədən azad olunmasında ictimai rəyin nəzərə alındığı fikrindədir. Bundan əlavə, respondentlərin mütləq əksəriyyəti (94,2%) Prezidentin öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnək olması fikrindədir.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar