Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Minsk Bakını unikal silahla təchiz edir

Baxılıb: 1 165     Tarix: 02-09-2020 23:41   

Qanunvehedef.az Belarusdan olan hərbi ekspert Yeqor Lebedokun müsahibəsini təqdim edir:

- Azərbaycan ordusu yeni "Şimşək-6" sistemləri ilə təchiz olundu. Bizə onlar haqqında ətraflı məlumat verə bilərsinizmi?
- R-934UM2 "Şimşək-6" sistemləri ilk növbədə pilotsuz uçuş aparatlarının radio siqnallarını tapmaq, idarəetmə və məlumat ötürmə kanallarını aşkarlamaq və sıradan çıxarmaq üçün nəzərdə tutulub. Onun taktiki-texniki xüsusiyyətlərini araşdırsaq deyə bilərik ki, bu, pilotsuz üçüş aparatlarına qarşı yaradılmış bir sistemdir.

- Bir neçə il öncə Bakı "Şimşək-S" stansiyasını alıb. Bildiyim qədər o stansiyanın özü olduqca ciddi texnologiyadır. Bəs yeni stansiyanın xüsusiyyətləri nələrdir?
- "Şimşək-S" də PUA-larla mübarizə üçün yaradılıb. Onun həm kəşfiyyat məsafəsi nisbətən azdır (50 km), həm də göyərtəsindəki elektron avadanlıqlar daha sadədir. Reallığa uyğun müqayisə aparsaq, deyə bilərəm ki, "Şimşək-S" kəşfiyyat PUA-larının fəaliyyətini aşkarlayıb yatırmaq üçün, "Şimşək-6" isə böyük mənzilli zərbə dronlarının qarşısını almaq üçün nəzərdə tutulub.

- “Şimşək-6” döyüş meydanında necə istifadə ediləcək? Onlar döyüş şəraitində sınaqdan keçiriliblər?
- Bir müddət öncə Liviya Milli Razılıq Hökuməti bildirmişdi ki, Türkiyə PUA-larına qarşı Rusiyanın radioelektron sistemlərindən istifadə olunub. Əldə olunan fotolar vasitəsilə bunun məhz “Şimşək-6” olduğu müəyyən edildi. Bu sistemi Belarus BƏƏ-yə, onlar isə öz növbəsində Haftarın ordusuna satmışdı. Məlumata əsasən, "Şimşək-6"nın Türkiyə istehsalı olan zərbə PUA-larına qarşı istifadənin effektivliyi yüksəkdir.

- Ermənistan Silahlı Qüvvələrinin bu stansiyalara qarşı istifadə edə biləcəyi hər hansı sistemi varmı?
- Bu tip stansiyaların qarşısını almaq üçün hər hansı sistemlər istehsal olunmur, çünki bu stansiyalar özü PUA-ların qarşısını almaq məqsədi ilə istehsal olunub. Hazırda müasir PUA-larda elektron sistemlərə bənzər qurğuların quraşdırılması inkişaf etdirilir. Bu qurğular vasitəsilə PUA-lardan gələn siqnalların gücünü nisbətən azaltmaq mümkündür. Lakin indiki vəziyyətdə Ermənistanın bu cür pilotsuz uçuş aparatlarına sahib olduğuna inanmıram.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
buy yes2win seo ranking
Redaktor seçimi
Çox oxunanlar