Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ramiz Mehdiyev və Əli Həsənov bu vəzifədən çıxarılır

Baxılıb: 1 090     Tarix: 09-09-2020 14:01   

Prezident yanında Dövlət İdarəçilik Akademiyası 6 kafedraya müdir vəzifəsi üçün müsabiqə elan edib. 
Qanunvehedef.az Modern.az-a istinadən xəbər verir ki, elanda diqqət çəkən məqam müsabiqəyə çıxarılan “Dövlət qulluğu və kadr siyasəti” və “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedraları ilə bağlıdır.
Belə ki, Dövlət İdarəçilik Akademiyasının saytındakı məlumata görə, hazırda “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri vəzifəsini Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev tutur. “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri vəzifəsinin qarşısında isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun adı yazılıb.
Qeyd edək ki, müsabiqə elan edilən kafedralar aşağıdakılardır:
Beynəlxalq münasibətlər və xarici siyasət - kafedra müdiri
Dövlət idarəetməsi və menecment - kafedra müdiri
Politologya və siyasi idarəetmə - kafedra müdiri
Dövlət qulluğu və kadr siyasəti - kafedra müdiri
Fəlsəfə və sosial psixologiya - kafedra müdiri
Dillər - kafedra müdiri.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar