Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

AMEA-dan şok məqalə: Müdafiə, yoxsa dövlətə qarşı çağırış?!

Baxılıb: 612     Tarix: 16-09-2020 12:30   

AMEA prezidenti, akademik, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında baş verən proseslərin səngidiyi və az qala gündəmdən çıxdığı bir vaxtda AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova Tohidinin bu gün yayılan məqaləsi sensasiya sayıla bilər.
Qanunvehedef.az xəbər verir ki, professor Ramiz Mehdiyevin müdafiəsinə qoşulmadığını dönə-dənə bildirib, şəxsi zəmində elmi proseslərlə bağlı müraciətlərini və onların müsbət həllini xatırlatmaq üzərində qurduğu məqalədə əslində akademiki müdafiə etdiyi aydınca görünür.
Ancaq maraqlı məqam bu məqalədə bəzi meydanoxumalardır.
Məsələn, professor yazır:
“Vaxtilə Azərbaycan Parlamentinin bir iclasında ölkə Prezidenti Heydər Əliyev hansısa mübahisəli məsələnin müzakirəsində akademik Midhəd Abbasovu danlayarkən ona töhmətlə “Axı sən mənim adamım idin” demişdi. Bu qınağa Midhəd müəllimin dərhal və kəskin şəkildə: “Mən sizin adamınız deyiləm. Siz bu dövlətin rəhbərisiniz, mən də onun alimi, bir institutun direktoru” - cavabını xatırlayan varmı? Necə oldu bu şəxsiyyətlər? Mənə Midhəd Abbasovun və onun rəhbərlik etdiyi institutun sonrakı aqibətini xatırlatmayın. Bilirəm. Amma Midhəd Abbasovların sayı daha çox, özünü ziyalı adlandıran zümrənin müqavimət dirənişi isə daha güclü olsaydı, cəmiyyət indiki halına gəlib düşərdimi?”
Bu hissədə professor birincisi, cəmiyyətin indiki hala (???) düşməsi xatırladılır, ikincisi isə M.Abbasovun Ümummilli liderə qarşı hansısa mövqeyi təqdir edilir və belə alimlərin olmadığından “şikayətlənir”. Maraqlıdır, AMEA-nın rəsmi saytında dərc edilən və Ramiz Mehdiyevin əvvəlcədən oxuduğuna və dərcinə razılıq verdiyinə heç bir şübhə olmayan məqalədə cəmiyyət niyə ittiham edilir? Cəmiyyət hara “düşüb” ki?
Digər tərəfdən, ziyalıların dövlət və onun rəhbərinə qarşı “dirənişinə” çağırış nə deməkdir? Xüsusilə indiki pandemiya şəraitində və ermənilərin ciddi şəkildə müharibəyə hazırlaşdığı, Azərbaycanın diplomatik münasibətlərini yenidən çeşidlədiyi bir vaxtda!
Daha bir şok məqam professorun məqaləsində mövcud siyasi sistemə qarşı demarşıdır. Sitata baxaq:
“Çox hörmət etdiyim bir təhlilçi-ekspert Azərbaycan cəmiyyətini və onun ziyalı təbəqəsini indiki durğun vəziyyətə mövcud siyasi sistemin gətirib çıxardığını iddia edir. Çünki bu sistemin qurduğu modelin işləməsi üçün məhz belə cəmiyyət lazım idi. Onunla tam razılaşa bilmirəm. Cəmiyyət və onun aparıcı qüvvəsi olan ziyalılar bu sistemə, modelə qarşı, onun formalaşmağa başladığı andan zəif də olsa heç müqavimət göstərdimi? İstənilən seçkilərdə - akademiyaya, ya Milli Məclisə - sistemin təklif etdiyi şərtlər daxilində seçilməkdən imtina edən olubmu? Olubsa da, bütün mümkün vasitələrlə seçilməyə razı olanlarla imtina edənlərin say nisbəti haqda məlumat varmı? Ümumiyyətlə belə bir nisbət mövcuddurmu? Kimi qınayırıq? Kim qınayır?”
Solmaz Tohidi kimi müqavimətə çağırır və niyə? Hansı zərurətdən yaranıb bu çağırış?
Növbəti məqam isə hədədir və ümumilikdə bəlli dairələrə Ramiz Mehdiyevin bir güc olduğunu nümayiş etdirməkdir:
“Hücumçular” sanki unudurlar ki, akademik Ramiz Mehdiyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, on mindən artıq əməkdaşı olan ali elmi müəssisəsinin rəhbəridir və onun ünvanına deyilən təhqir və təhdidlər istər-istəməz akademiyanın hər bir əməkdaşında xoşagəlməz hisslər oyadır. Bütün bu olaylarda yeganə sakitləşdirici hal əsl alimlərin (elmi dərəcəsi olan deputatlar və digərləri nəzərdə tutulmur) bu “toy əhvalatının” doğurduğu miskin tamaşada iştirak etməməsidir. Mümkündür ki, akademiya kollektivinin bu ümumi sükutu içində kimlərsə müşahidəçi mövqe tutaraq bu işlərin nə ilə bitəcəyini gözləyir. Amma mən əminəm ki, Elmlər Akademiyasının çoxsaylı kollektivi Ramiz Mehdiyevlə bağlı bu kampaniyanın gedişində respublikada yeganə ali fundamental akademik elm ocağının da ən natəmiz niyyətlərlə haqsız tənqid və əsassız ittihamlara məruz qalmasından olduqca narahatdır”.
Akademik Ramiz Mehdiyevin ətrafında 12 minlik AMEA kollektivinin “böyük əksəriyyətinin” toplandığı kimə və niyə xatırladılır və ümumiyyətlə, dövlətimizin içində indiki siyasi proseslər fonunda bu çağırış nəyə lazımdır?
Ramiz Mehdiyev ətrafında baş verən qalmaqalın səngidiyi bir vaxtda bu məqalə ilə yeni “yanğın ocağı” yaratmaqda məqsədi nədir?
Bu suallar böyük şübhələrə yol açır və doğrusu, böyük təəssüf də doğurur…шаблоны для dle 11.2



Ən çox oxunanlar