Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ordumuz tam üstünlüyə yiyələnib - Prezident

Baxılıb: 1 072     Tarix: 09-10-2020 18:50   

Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strtaeji yüksəklikləri götürərəkd aha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə yiyələnib.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Bu gün aparılan döyüşlərdə düşmənin çoxsaylı hərbi texnikasının məhv edildiyini və qənimət götürüldüyünü bildirən dövlətimizin başçısı Ermənistanın itkiləri barədə məlumat verərək deyib ki, bütövlükdə sentyabrın 27-dən bu günə qədər Ermənistan Ordusuna çox böyük zərbə vuruldu - 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, bir “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, - onlardan 8-ci “Akasiya”, ikisi “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 “Kub” zenit-raket kompleksi və sair hərbit texnika məhv edilib. Bundan başqa, 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 27 “İqla” kompleksi və digər avtonəqliyyat vasitələri qənimət götürülüb.
“Onu da bildirməliyəm ki, düşmənin əlində bir dənə də olsun Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan hərbi texnika yoxdur”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking