Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Cabbarov Qraham Stuartla görüşdü

Baxılıb: 604     Tarix: 24-05-2021 13:44   

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın İxracat naziri Qraham Stuart ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, M.Cabbarov Azərbaycan-Böyük Britaniya əlaqələrinin genişləndiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Onun sözlərinə görə, ölkələrimiz arasında digər sahələrlə yanaşı, uğurlu ticarət və investisiya əməkdaşlığı həyata keçirilir. Böyük Britaniya Azərbaycana ən çox investisiya yatıran ölkədir. 4-cü iclası keçirilən Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli əlaqələrin inkişafında önəmli platformadır.
Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb. İqtisadiyyat naziri Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın, rəqəmsal ekosistemin inkişafı, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə danışıb, Böyük Britaniya ilə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialının böyük olduğunu qeyd edib.
Görüşdə azad edilmiş ərazilərimizdə nəzərdə tutulan işlər barədə məlumat verilib. Böyük Britaniyanın İxracat naziri bu işlərdə ölkəsinin şirkətlərinin iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar