Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Nazirlikdə yeni TƏYİNAT - FOTO

Baxılıb: 364     Tarix: 17-09-2021 09:52   

Şahin Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə rəis təyin edilib.
Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Şahin Əliyev 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub.
Şahin Əliyev telekommunikasiya sahəsində 14 illik peşəkar təcrübəyə malikdir. Belə ki, o, 2007-ci ildən etibarən İKT sahəsində ölkənin ən qabaqcıl şirkətlərində mühəndis, ekspert mühəndis, şöbə müdiri, departament direktoru və digər rəhbər vəzifələrdə çalışıb.
Bundan əlavə, İKT sahəsində və idarəetmədə fərqləndiyinə görə müxtəlif yerli və beynəlxalq sertifikat və diplomlarla təltif olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar