Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan polisi Vətən müharibəsində qələbənin qazanılmasına mühüm töhfələr vermişdir

Baxılıb: 526     Tarix: 22-10-2021 14:51   
 
   Xalqımızın misilsiz bayramına, böyük iftixarına çevrilən Azərbaycanın böyük Zəfəri daxili işlər orqanlarının əməkdaşları üçün də müqəddəs dəyər kimi qəbul edilir. Vətən savaşındakı Qələbənin qazanılmasında daxili işlər naziri, çox hörmətli  general-polkovnik Vilayət Eyvazovun rəhbərlik etdiyi bu şəxsi heyətin də əlahiddə töhfələri oldu. Daxili işlər orqanları savaşın ilk dəqiqələrindən etibarən Ali Baş Komandanın müsəlləh əsgərləri kimi vəzifə borclarını şərəflə, məsuliyyətlə icra etməyə başladılar.
   Bu mövzuda təəssüratlarını bölüşməyi xahiş etdiyimiz təcrübəli polis zabiti, Bakının Sabunçu rayonunun Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov təklifimizi məmnuniyyətlə qəbul edərək, söhbətinin əvvəlində ilk növbədə xatırlatdı ki, hələ Birinci Qarabağ savaşı dönəmində ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti rəşadətlə döyüşmüş, böyük qəhrəmanlıq örnəyi yaratmışlar: “Vətən savaşında bu mərdlik, vətənpərvərlik nümunələrini davam etdirən şəxsi heyət böyük şücaətlə xidmət göstərmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəf izlərini həkk etdirmişdir. Düşmənlə ağır döyüşlərdə Daxili İşlər Nazirliyinin mühüm təşkilati strukturu olan Daxili Qoşunların 66 hərbçisi şəhid olmuş, 346 nəfər isə yaralanmışdır. Prezident tərəfindən 1377 hərbi qulluqçu yüksək dövlət təltiflərinə, 4 nəfər “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüşdür”.
   C.Muradov yada saldı ki, daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə də rəşadətli xidmətlərini davam etdiriblər: “2020-ci il sentyabr ayının 28-dən dekabrın 12-dək qüvvədə olan komendant saatı dövründə hərbi vəziyyət rejiminin əsas təminatçıları olaraq daxili işlər orqanları çox fədakar, əzmkar xidmət göstərdilər. Bütün şəxsi heyət bu prosesin layiqincə icrası üçün yalnız hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində deyil, ümumiyyətlə, respublika üzrə səfərbər oldular. Komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda minlərlə əməkdaş və hərbi qulluqçu cəlb edilərək, xüsusi giriş-çıxış rejiminin təşkili məqsədilə stasionar postlar quruldu, müvafiq icazəsi olmayan şəxslərin, o cümlədən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı. Həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, yaralanmış hərbi qulluqçuların yerləşdirildiyi mülki xəstəxanaların mühafizəsi gücləndirildi. Polis əməkdaşları mülki əhali üçün daldanacaqların və sığınacaqların hazırlanmasında yaxından iştirak etdi, zəruri hallarda insanların oraya yerləşdirilməsini, onlar arasında izahat işlərinin aparılmasını təmin etdi. Düşmənin artilleriya atəşinin nəticələrinin aradan qaldırılmasında, yaralanmış mülki şəxslərin dağıntılar altından çıxarılıb tibb müəssisələrinə çatdırılmasında aidiyyəti dövlət orqanlarına bütün lazımi kömək göstərildi. Yerli icra hakimiyyətləri ilə birgə dinc sakinlərin cəbhəboyu zonadan təxliyə olunması üzrə tədbirlər də görüldü. Müvəqqəti boşaldılmış yaşayış məntəqələrində asayişin qorunması, o cümlədən fiziki və hüquqi şəxslərə məxsus əmlakın talanmasının qarşısının alınması üçün fasiləsiz xidmət aparıldı. “102” xidmətinə daxil olan zənglər əsasında partlamamış yüzlərlə mərmilərin düşdüyü əraziyə ANAMA-nın qüvvə və vasitələri cəlb edildi, mərmilərin zərərsizləşdirilməsi prosesində zəruri təhlükəsizlik tədbirləri görüldü. Ölkədə elan edilmiş qismən səfərbərlik tədbirlərinin təşkilində, o cümlədən çağırışçıların təyinat məntəqələrinə təhlükəsiz çatdırılmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarına polis tərəfindən lazımi kömək göstərildi. Cəbhəboyu ərazilər istiqamətində bütün avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi üçün müvafiq təhlükəsizlik və nəzarət tədbirləri də həyata keçirildi. Bütövlükdə respublikanın daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən hərbi vəziyyət rejimindən irəli gələn vəzifələrin vaxtında və tam yerinə yetirilməsi, ictimai asayişin, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində bütüm zəruri tədbirlər görüldü”
İndi görünən düşmənlə müharibə başa çatıb. “Görünməz düşmən” adlandırdığımız koronavirusla mübarizə tədbirləri də uğurla həyata keçirildiyindən, karantinlə əlaqədar tətbiq olunan bir çox məhdudiyyətlər artıq aradan qaldırılıb. Bununla belə polisin qayğıları azalmayıb. Cinayətkarlıqla mübarizə, ictimai asayişin pozulması hallarının qarşısının alınması, yol hərəkətinin təhlükəsizliyinin təmini işində polis yenə ayıq-sayıqdır.
   Sabunçu polisi vətəndaşlardan daxil olan müraciətlərə, ayrı–ayrı ünvanlardan daxil olan siqnallara həssas yanaşır, bəzi məlumatlarla əlaqədar təcili tədbir görülməsi üçün tapşırıqlar verilir, hər bir cinayətin isti izlərlə açılmasına ciddi münasibət göstərilir. Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi də diqqət mərkəzində olmuşdur.
   Rayonda narkomaniya ilə bağlı təsirli tədbirlər həyata keçirilmişdir. Belə ki, sentyabr ayının 12-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Maştağa, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunuz dövriyyəsi, yəni satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb. Onlardan ümmilikdə 4 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, 1 ədəd “Kalaşnikov” markalı avtomat, 5 ədəd patron, eləcə də həmin silaha məxsus daraq aşkar edilib. Əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Ramil Əhmədov saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib. Onun üzərində və yaşadığı Balaxanı qəsəbəsində yerləşən evindən ümumilikdə 3 kiloqram 550 qram marixuana aşkar edilib. Ramil Əhmədov ifadəsində narkotik tərkibli çətənə kollarını öz həyətində əkdiyini və qulluq etdiyini bildirib. Daha sonra həmin şəxs çətənə kollarını qurudaraq satmaq və şəxsi istifadəsi üçün özündə saxlayıb.
   Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı isə Zabrat qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyat zamanı Vasif İsmayılov, Cabbar Hümbətov, Hüseyn Süleymanov, İlqar Əliyev və Vidayət Bədirov tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən hazır satış üçün qablaşdırılan heroin, metamfetamin və marixuana aşkar edilib.
   Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayonun digər ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Şahlar Bədirxanov, Rövşən Fətəliyev, Fərid Mustafayev, Cəmilə Qurbanova, Rahil Abbasov və Xaqani Axundov saxlanılıblar. Onların da üzərindən külli miqdarda heroin, metamfetamin, marixuana və narkotik vasitələrin satışında istifadə etdikləri elektron tərəzilər aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İdarənin sahə inspektorlarının, ictimai təhlükəsizlik, təhqiqat, qeydiyyat və şəxsiyyət vəsiqəsi və digər şöbələrinin fəaliyyətlərinin də tələblər səviyyəsində olması üçün tədbirlər həyata keçirilmiş, uğurlu nəticələrin sayı xeyli artırılmışdır.
   Sabunçu RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin fəaliyyəti də daim idarə rəhbərliyinin diqqət mərkəzindədir. Şöbənin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı lazımi tədbirlər həyata keçirilir.
   Bu gün polisin öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradılıb, şəxsi heyət dövlətin qayğısı ilə əhatə olunub.
   İnsanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə cənab nazirin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılır, daxil olmuş sorğu və müraciətlər operativ qaydada cavablandırılır. İnanırıq ki, qüvvədə olan qanun və qaydalara, rəhbərliyin əmr və tövsiyələrinə layiqincə əməl edən Sabunçu RPİ-nin şəxsi heyəti bundan sonra da daha şövqlə çalışacaq, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqlə gələcəklər.

 Mehman Bərdəliшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar