Xəbər lenti
13/05/2025 [12:29]
POEZIYA
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Britaniya Kraliçası II Elizabet Azərbaycanı təbrik edib

Baxılıb: 250     Tarix: 26-10-2021 16:09   

Britaniya Parlamentinin Lordlar Palatasında Britaniya Kraliçası II Elizabetin Azərbaycana təbriki səsləndirilib.
Bu barədə Azərbaycanın Britaniyadakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, bir neçə gün öncə Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Qurban Hüseyn Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində Britaniyanın hansı addımlar atdığı barədə hökumətə sual ünvanlayıb.
Sualı Britaniya hökuməti adından cavablayan Lord Qoldsmit Britaniya Kraliçası II Elizabetin Azərbaycana təbriklərini çatdırıb. O qeyd edib ki, Britaniya hökuməti Azərbaycanla ikitərəfli əlaqələri daha da möhkəmləndirmək istiqamətində fəaliyyətləri davam etdirir.
Lord Qoldsmit xarici işlər naziri Ceyhun Bayramov və Britaniyanın Avropa qonşuluğu və Amerika regionu üzrə naziri xanım Vendi Morton arasında baş tutan ən son telefon danışığına istinad edərək ölkələrimiz arasında xüsusilə ticarət və ingilis dilinin tədrisi sahəsində əlaqələrin daha da dərinləşməsi yönündə atılmaqda olan addımları vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar