Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Türkiyənin “F-35” və “F-16” qırıcıları ilə bağlı alternativləri var" - Mövlud Çavuşoğlu

Baxılıb: 354     Tarix: 28-10-2021 11:50   

“Türkiyəyə “F-35” və “F-16” qırıcıları ilə bağlı məhdudiyyət qoyularsa, alternativlərimiz var”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNNTurk”ə müsahibəsində jurnalistin “F-35” və “F-16” qırıcıları əldə etmək mümkün olmazsa, Rusiyadan döyüş təyyarələri alına bilərmi” sualına cavabında bildirib.
“Türkiyə heç bir zaman çarəsiz qalmayıb. Hazırda müdafiə sahəsində ehtiyacımızın 75 faizini istehsal edirik. Ehtiyac yarandıqda başqa bir ölkə ilə əməkdaşlıq edə bilərik. Alternativlərimiz var. Biz yolumuza davam edirik. Biz öz qırıcılarımızı istehsal edənədək ehtiyaclarımızı başqa mənbələrdən ala bilərik”, - o vurğulayıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}