Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Moldova qazla bağlı Azərbaycandan kömək istədi

Baxılıb: 257     Tarix: 29-10-2021 11:45   

Moldova Prezidenti Mayya Sandu ölkədə yaranmış qaz böhranının aradan qaldırılması ilə əlaqədar olaraq Azərbaycan, Almaniya, Polşa və Rumıniyadan kömək istəyib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Moldova Prezidenti açıqlayıb.
“Mən qaz böhranının aradan qaldırılması üçün Moldovanın əsas tərəfdaşlarından kömək istədim və aldığım cavaba əsasən, respublika sakinləri bu böhran qarşısında tək qalmayacaqlar. Bu barədə Azərbaycan, Rumıniya, Polşa və Almaniya Prezidentləri ilə danışmışam”, - deyə Sandu qeyd edib.
Moldava Prezidenti, həmçinin əlavə edib ki, sözügedən məsələni Vyanaya səfəri zamanı da qaldırıb və bunu avropalı məmurlar ilə müzakirə edib. O, Moldovanın tez bir zamanda enerji böhranının öhdəsindən gələcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Moldova hökuməti oktyabrın 22-si qaz çatışmazlığı ilə əlaqədar noyabrın 20-dək ölkədə fövqəladə vəziyyət elan edib.
Moldova 2008-ci ildə imzalanmış müqavilə əsasında Rusiyanın “Qazprom” şirkətindən qaz alırdı. Lakin müqavilənin müddəti cari ilin sentyabrın 30-u başa çatıb. Tərəflər yeni şərtlərlə bağlı razılığa gələ bilməyiblər və iki dəfə müqavilənin müddətini bir ay uzadıblar. Qazın qiyməti isə 1000 kumbetrə görə 790 dollara qalxıb. Rusiya tərəfi bildirir ki, Moldova bu günə qədər yığılmış 700 milyon dollar borcunu ödədikdə “Qazprom” qaz tədarükünə davam etməyə hazırdır. Əks təqdirdə, dekabr ayından etibarən tərəflər arasında əməkdaşlıq dayandırıla bilər.шаблоны для dle 11.2