Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Türk Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır” - Ərdoğan

Baxılıb: 363     Tarix: 01-11-2021 14:03   

“Türk Şurası birlik və bərabərlik simvollarından biridir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının Bakıda keçirilən ilk iclasının iştirakçılarına ünvanladığı videomüraciətdə deyib.
Türkiyə Prezidenti 12 il əvvəl yaradılan Türk Şurasının qlobal nüfuzunun getdikcə artdığını vurğulayıb.
“Şuramızla əməkdaşlıq etmək və Şuramıza müşahidəçi qismində qatılmaq istəyini dilə gətirən ölkələrin sayı gündən-günə artır. Ölkələrimiz bir tərəfdən çoxmillətlin platformalarda öz vətəndaşlarının haqq və mənafelərini müdafiə edərkən, digər tərəfdən də türk dünyasını bir araya gətirən yeganə təşkilat olan Türk Şurasında həmrəyliklərini gücləndirirlər. Xüsusilə də, son illərdir şahid olduğum hadisələr, ticarətdən nəqliyyata, müdafiədən səhiyyəyə qədər hər sahədə yeni əməkdaşlıq yollarını inkişaf etdirməyimizin bizim üçün ehtiyacdan daha çox məcburiyyət olduğunu göstərib.
Terrorizm, qanunsuz miqrasiya, sərhədləri aşan cinayət kimi bizə və vətəndaşlarımıza birbaşa təsir göstərən təhdidlərin artdığı bir zamanda prokurorluq orqanlarımızın yeni dialoq platformaları yaratmağına böyük əhəmiyyət veririk”, - deyə Ərdoğan əlavə edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar