Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Baxılıb: 355     Tarix: 04-11-2021 12:18   

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram artıq 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd ediləcəkdir.
Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlət bayraqları müqəddəs sayılmış, ucadan uca hesab edilmişdir. Elə buna görə də ən əlamətdar günlərdə belə sevincimizin ilk şahidi, müjdəçisi də üçrəngli bayrağımız olur.
Sovetlərin tərkibində olarkən məcburən üçrəngli bayrağımız "oraq çəkicli" bayraqla əvəz olunsa da həqiqət zamanla səsləşən ədaləti ilə hökmünü verdi. Sovet ideologiyasından azad olduqdan sonra müstəqilliyini əldə edən Azərbaycan xalqı yenidən üçrəngli bayrağına sahibliyini də qazandı.
1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Gümhuriyyətinin dövlət rəmzləri - bayrağı, gerbi, himni bərpa olundu. Azərbaycançılıq məfkurəsinin formalaşmasına nail olan Ulu Öndər sonrakı illərdə verdiyi sərəncamlarla milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına da geniş imkan yaratdı.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla Dövlət Bayrağı Günü təsis olundu. Beləliklə hər il həmin tarix ümumxalq bayramı kimi qeyd edilir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq bildirib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır".
Sevindirici və fərəhverici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətlə başa çata 44 günlük Vətən müharibəsi işğal altındakı torpaqlarımızın azad edlməsi ilə nəticələndi. Artıq indi üç rəngli bayrağımız doğma Qarabağımızda – Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında dalğalanır.
Eşq olsun, Azərbaycan bayrağına!
Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenent, qazi

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər