Üçtərəfli bəyanatın imzalanmasından 1 il keçir
Baxılıb: 513 Tarix: 05-11-2021 10:51
Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanmasından 1 il ötür. Ermənistanın Dağlıq Qarabağ regionunda təxminən 30 il davam etmiş işğalına məhz bu bəyanatla son qoyulub.
Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.
Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından bu yana müharibə nəticəsində üzləşdiyi dağıntıları aradan qaldırmaqla məşğuldur: azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı planlar, son 30 ildə məcburi köçkün həyatı yaşayan azərbaycanlıların doğma evlərinə qaytarılmasına yardım və s. Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından keçən müddətdə ciddi nəticələr əldə edib.
Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyarddan çox vəsait ayırıb və onun xərclənməsinə başlanılıb. İşğaldan azad olunmuş böyük şəhərlərdə bu vəsait hesabına quruculuq işləri aparılır, tarixi abidələr, muzeylər, məscidlər və s. bərpa olunur.
Azad edilmiş rayonlarda böyük ərazilərdə minlərlə partlamamış hərbi sursat zərərsizləşdirilib.
Ərazilərin bərpası istiqamətində görülən iri miqyaslı işlər çərçivəsində çərçivəsində Azərbaycan hökuməti ilə TEPSCO və BP kimi böyük şirkətlər arasında aparılmış ciddi danışıqlardan sonra yaşıl enerjiyə əsaslanan işlərə də start verilib. Beləliklə, azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə çalışacaq, günəş erejisinin istehsalı ilə məşğul olacaq elektrik stansiyaları qurulur. Artıq bir sıra strateji yolların tikintisi başa çatmaq üzrədir. Füzuli aeroportunun açılışı keçirilib, daha 2 aeroportun tikintisi həyata keçirilir. Bundan başqa, Zəngilan rayonunda "ağıllı kəndlər" layihəsinin icrasına başlanılıb.
Məcburi köçkünlərin regiona qayıtmasını asanlaşdırmaq məqsədilə infrastrukturun bərpası aparılır. Azad edilən şəhərlərimizin bərpası ilə bağlı Baş planların hazırlığı güdir, artıq bir neçə Baş planın təqdimatı keçirilib.
Azad olunmuş ərazilərdə bərpa prosesi fonunda 169 yaşayış məntəqəsində 13 mindən çox tikili və 1500 kilometrdən çox avtomobil yolu ilə bağlı inventarizasiya işləri aparılıb. Burada 406 yaşayış məntəqəsi Ermənistanın işğalı dövründə yerlə-yeksan edilib.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində təxminən 30 ildən sonra ilk dəfə "Xarıbülbül" musiqi festivalı keçirilib.
Bir sözlə, dağıdılmış ərazilərdə işlərin miqyasını nəzərə alsaq, Azərbaycan dövlətinin möhtəşəm silsilə işlər apardığını söyləyə bilərik.
Tufan Məmmədov - iqtisadçı
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər