Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Atatürkü anırıq

Baxılıb: 593     Tarix: 10-11-2021 10:50   

Bu gün müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 83 il ötür.
Qanunvehedef.az xəbər verir ki, 10 noyabr tarixi Türkiyədə Atatürksevərlər tərəfindən Atatürkün Anım Günü kimi qeyd olunur. Mustafa Kamal Atatürk 1881-ci ildə Selanik şəhərində dünyaya gəlib.
Cümhuriyyət Xalq Partiyasının (CHP) qurucusu və ilk sədridir. Həyatı və ictimai-siyasi fəaliyyəti ən çox tədqiq edilən 100 tarixi şəxsiyyətdən biridir.
Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq edən Mustafa Kamal Paşa 1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cümhuriyyətinin yaradıldığını elan edib. Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəridir.
O, daha sonra müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirib.
Ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.
Şərəfli tarix yolu keçən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar