Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

"Bakı Metropoliteni"ndə yoxlamalar: Zaur Hüseynovun qurumunda pozuntular aşkarlandı

Baxılıb: 600     Tarix: 17-11-2021 10:43   

Hesablama Palatası "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yoxlamalar aparıb.
Qaynarinfo-nun məlumatına görə, başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlamalar QSC-nin tərkibində olan bütün qurumlarda aparılıb.
Nəticədə iş və xidmətlərin dəyərinin, həmçinin həcminin artıq müəyyən edilməsi və digər başqa ciddi nöqsanlar aşkarlanıb.
Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Qaynarinfo-nun sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-də yoxlamaların aparıldığını təsdiqləyib:
"QSC-də audit yoxlamaları olub və artıq başa çatdırılıb. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq təsdiq edildikdən sonra nəticələri ictimaiyyətə açıqlanacaq".
Qeyd edək ki, 2014-cü ildən "Bakı Metropoliteni" QSC-nin rəisi Zaur Hüseynovdur. Metro rəisi son vaxtlar övladlarına və xanımına məxsus bahalı avtomobilləri və adlarının baş hərfinə uyğun nömrələri ilə gündəmə gəlib.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar