Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İlham Əliyev BƏƏ Prezidentini təbrik etdi

Baxılıb: 670     Tarix: 02-12-2021 13:01   

 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana məktub göndərib.
Qanunvehedef.az xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Birləşmiş Ərəb Əmirliklərinin müstəqilliyinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında güclü İslam həmrəyliyinə əsaslanan dövlətlərarası münasibətlər və əməkdaşlıq xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".



Ən çox oxunanlar
{sape_links}{sape_article}