Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

“YAŞAT” Fonduna 65 milyon manat ianə olub

Baxılıb: 701     Tarix: 08-12-2021 12:50   

“Birinci Qarabağ müharibəsindən bu yana şəhid ailələri və qazilərə yardım Azərbaycan dövlətinin sosial təminat istiqamətində prioriteti olub. Ayrı-ayrı vətəndaşların kütləvi yardımları nəzərə alınaraq  “YAŞAT” Fondu yaradılıb. Fondun 11 nəfərdən ibarət Himayəçilik Şurasının üzvü var. İşçi heyət qazi və şəhid ailələrinin üzvləridir”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında ASAN sədri Ülvi Mehdiyev bildirib.
O qeyd edib ki, Fondun saytı fəaliyyət göstərir və orada göstərilən yardımlara dair hesabatlar yer alır:
“YAŞAT” Fondu 1 il ərzində 3 minə yaxın şəhidin 16 minədək ailə üzvünə baş çəkib, onların problemləri öyrənilib. Bugünədək fonda 65 milyon manat ianə olub. 50 milyon manata yaxın vəsait xərclənib”.
Ü.Mehdiyev, həmçinin bildirib ki, 40 şəhidin ailə üzvü və 15 qazi Dövlət Agentliyində işlə təmin olunub.
Qeyd edək ki, “YAŞAT” Fondu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar