Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dünyanın qəbul etdiyi lider

Baxılıb: 1 136     Tarix: 24-12-2021 13:01   
  
İlham Əliyev dünyada sevilən, beynəlxalq səviyyəli bütün tədbirlərə dəvət edilən, fikirlərinə ehtiyac duyulan və maraqlı çıxışları, təklif və təşəbbüsləri ilə fərqlənən dövlət başçısıdır.

İlham Əliyev dünyanın qəbul etdiyi, sözü, əməli ilə beynəlxalq hüquqa, haqqa-ədalətə daim dəstək verən, rasional fəaliyyəti ilə görünən liderdir.
Azərbaycan gərgin mübarizə şəraitində keçən seçkilərdə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçildi və iclaslarına sədrlik etdi. İclaslara sədrliyi dövründə cənab İlham Əliyev dünyanı düşündürən, narahat edən, təhlükəsizliyə təhdidlər törədən, yoxsulluğun aradan qaldırılmasına, zəif inkişaf etmiş ölkələrə dəstək olacaq bir sıra məsələlərin müzakirəyə çıxarılmasına, diqqət mərkəzinə gətirilməsinə nail oldu, səmərəli təkliflər irəli sürdü, hətta BMT-nin özündə belə islahatların vaxtının çatdığını göstərdi!

COVID-19 pandemiyası dünyanı caynağına alaraq çoxsaylı insanların tələfatına səbəb olduğu dövrdə bu bəlaya qarşı səmərəli mübarizənin təşkili üçün rəhbərlik etdiyi qurumların onlayn videokonfransını keçirdi, Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri möhkəmləndirərək az inkişaf etmiş dövlətlərin maraqlarının da təmin olunmasını müzakirəyə çıxardı.

İlham Əliyev COVID-ə qarşı vaksinlərin ədalətsiz bölünməsinə, yoxsul ölkələrə cüzi şəkildə peyvəndləmə materiallarının ayrılmasına etiraz edən, bu vəziyyəti tənqid edərək ədalətsizlik kimi qiymətləndirən, habelə imkansız ölkələrə humanitar yardımlar olunmasının vacibliyini göstərərək Azərbaycandan kömək ayrılmasını təmin edən dövlət başçısıdır.

İlham Əliyevi dünyaya sevdirən ən mühüm cəhətləri ədalət və humanizm prinsiplərini daim uca tutması, beynəlxalq hüquq normalarına hörmətlə yanaşması, qarşılıqlı etimada və bir-birilərinin maraqlarının təmininə söykənən əməkdaşlığa daim üstünlük verməsi, dünya dövlətlərinə fayda gətirən transmilli layihələri gerçəkləşdirməsi, dediyinə əməl edərək sözünün sahibi olmasıdır.

İlham Əliyev nəyə əl qoyubsa, onu qurub, yüksəldib. Daima mümkün olmayanı mümkün edib. Başladığı bütün işləri uğurla, ən yüksək səviyyədə sona çatdırıb. Çoxsaylı dostluq körpüləri yaradıb, sonra həmin körpüləri dövlətlərarası strateji əməkdaşlığa çevirib. Azərbaycanın yeni, müasir imicini formalaşdırıb və müstəqil dövlətimizi bu imicdə dünyaya tanıdıb. Dünyada dediyini edən, sözünün sahibi olan dövlət başçısı kimi ad qazanıb. Prinsipial məqamda bir addım belə qeri çəkilməyən, sonadək irəliləyərək qələbə çalan lider kimi tanınıb.

Sonda qeyd edək ki, 44 günlük Zəfər müharibəsi və itirilmiş torpaqların qaytarılması İlham Əliyevin dövlət rəhbəri kimi fəaliyyətinin mühüm yekunlarından biridir. Həm də başlıcasıdır. Əslində, bu möhtəşəm qələbə bütün sahələrdəki danılmaz uğurlar sayəsində baş tutmuşdur.

Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Ölkə başçısı hər zaman xalqdan güc alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu amil dayanır. Buna görə də Azərbaycan dövləti gələcəkdə daha da möhkəmlənəcək, daha da inkişaf edəcək.

Cavid Muradov, Sabunçu rayon Polis İdarəsinin rəisiшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar