Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Nazarbayevin iki kürəkəni vəzifədən gedib

Baxılıb: 575     Tarix: 16-01-2022 10:15   

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin iki kürəkəni rəhbər vəzifəsindən azad edilib. 
Onlar «KazTransOyl» və «KazTransQaz» şirkətlərində rəhbər vəzifə tutublar.
Qazaxıstan teleqraf agentliyinin (KazTAQ) məlumatına görə, öz postunu «KazTransOyl» SC idarə heyətinin sədri Dimaş Dosanov və «KazTransQaz» SC idarə heyətini sədri Kayrat Şaripbayev tərk edib.
Dosanov öz vəzifəsini 2016-cı ildən tutub, o, vəzifəni Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva ilə evlənəndən sonra alıb, Şaripbayevi isə Qazaxıstan KİV-i Nazarbayevin böyük qızı Dariqə Nazarbayevanın ikinci əri adlandırırlar.
Hər iki rəhbərin azad olunması məlumatını Zakon.kz portalı təsdiqləyib. Təsdiq olunur ki, müəssisə rəhbərləri işdən azad olunmaq barədə özləri ərizə veriblər və vəzifələrindən yanvarın 14-də azad ediliblər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar